
Təlim haqqında məlumat verən təlimçi müəllim Əbülfət Zeynallının dediyinə görə bu təlimin məqsədi adından göründüyü kimi gənc mediaçılara internettə olan media resusları haqqında məlumat vermək, bu informasiya cəmiyyətində gəncləri dövrə uyğun yetişdirmək və xəbər əldə etmək, xəbər hazırlamaq qaydaları, video sujetlərin hazırlanması və onları You tube portalında yerləşdirməyi öyrətməkdir.
![]() |
Gənclər xəbərin yazılması və hazılanması prosesini dinləyirlər. |
Təlim Quba rayonunda fəaliyyət göstərən YURD GİİD İB (Gənclərin İntellekyual İnkişafına Dəstək İctimai Birlik)- in o qədər də böyük olmayan ofisində keçmişdir. YURD-un rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə belə görüşlər davamlı olacaq. Mart ayının axırına planlaşdırılan təlim "Bloggerlik və onların cəmiyyətdə yeri" adlı mövzu olacaq.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə əsasında reallaşıb.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə əsasında reallaşıb.
![]() |
Telimin II günü gənclərə videoların montaj olunub hazırlanması öyrədilir. |
Hiç yorum yok:
Yorum Gönder