Etiketler

28 Temmuz 2012 Cumartesi

Tələbə qız bakirəliyini satır


Belçikada Noell adlı tələbə qız bakirəliyini hərraca çıxarıb. İnternetdə «satışa çıxarılmış» bakirəliyinə ilkin qiymət kimi 175 min 500 avro qiymət qoymuş tələbə bu məsələdə amerikalı Natali Dilana məxsus rekordu qırmaq niyyətindədir. Qeyd edək ki, amerikalı ilk gecəsini hərrac vasitəsilə düz 2,8 milyon avroya satmışdı.
Noell hərracdan qazanacağı məbləğin 5%-ni xeyriyyə işlərinə xərcləmək niyyətindədir. O, qeyri-adi addımı haqda fikirlərini də bölüşüb: «Mən normal ailə tərbiyəsi görmüşəm. Valideynlərim bu əməlimi bilsə, öləcəklər. Bu haqda yalnız bir rəfiqəm məlumatlıdır. Əvvəlcə o, məni fikrimdən döndərməyə çalışsa da, sonda sakitləşib və qərarıma hörmətlə yanaşır».
   
/milli.az.\

Subaylıq səbəbi

        Çoxdan bəri tanıdığım taxsi sürücüsü var idi. Bir dəfə onunla bir rayondan kəndə gedəsi olsum. Yolda söhbətləşə- söhbətləşə vaxtımızı maraqlı keçirirdik. Söhbət əsnasında mənə özünün 21 yaşında bir oğlu olduğunu, onu evləndirmək istədiyini bildirdi. Oğlu üçün halal süd əmmiş namuslu ailədən olan, əyninə şalvar və mini yubka geyinməyən qız axtarırdığını dedi. Mənzil başına catanda sürücü ilə sağollaşıb, araya salıb telefon nömrəsini də aldım.
      Aradan bir-iki il keçdikdən sonra kəndə getmək üçün həmin taxsini aradım. Lazım olan vaxtda taxsi özünü yetirdi. Maraqlı söhbət edə-edə yolumuzu qısaldırdıq. Sürücü yoda sözarası mənə oğlundan danışdı. Onun subay gəzməsi atasını narahat etdiyi kişinin özündən hiss olunurdu. Kişidən oğlunun evlənib-evlənmədiyini soruşdum. Kişi oğlunu subaylığına izah gətirdi: "Oğlum üçün münasib qız tapa bilmirəm, İndi də telefon gəzdirməyən qız axtarır. Bütün qızlarda telefon var. Onlara inanmaq çətindir. Nə qədərdə nömrə". Nəhayət mənzil başına castdım. Dayıya "Sağ ol. İnşallah düzələr, Oğlunuzada münasib qız taparsınız".deyib düşdüm.
     Bu yaxınlarda həmin taxsiyə yenə də müraciət etdim. Bu qədər vaxt ərzində kişi hələ də oğluna qız tapa bilməmişdir. Sürücü həmişə kimi oxşar səbəb gətirdi. Amma bu dəfə bir az qəribə " Oğlum İndi internetə girməyən qız axtarır. Qızların hamısı Facebookda, müxtəlif sosial şəbəkəkərdə gecə- gündüz yazışırlar. Bilmirəm nə edim? Hansı qıza elçi düşəsən? Mənzil başına çatdığım üçün sürücü babaya bir şey deyə bilmədim. Amma bir fikir məni bürüdü ki, oğlu 2 ildə subay qalsa hansı səbəb ortaya cıxacaq?
   

22 Temmuz 2012 Pazar

Mətbuat günü qeyd olundu.

Qubada Meydan Parkında 22 - iyul Milli Mətbuatmızın yaranmasının 137 ci ilinə həsr olunmuş  geniş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək Rayonda fəaliyyət göstərən media nümayəndələrini təbrik etmiş. Onlara fəaliyyətində Şəffaflıq və mətinlik arzulamışdır. Daha sonra rayon ziyalıları çıxış edərək özlərinə göstərlən qayğı və diqqətə görə Rayon başçısı Mübariz müəllimə öz təşəkkürlərini bildirdilər. Tədbirin sonunda mediya nümayəndələri layiq oldqları mükafatlarla mükafatlandırıldı. Mükafatçılar arasında Qubada çap olunan "Şəfəq" qəzeti, Regionda fəaliyyət göstərən Az tv, İctimai TV, ANS, Xezer, Reginal tv-nin bölgə təmsilçiləri mükafata laiq görüldü. Şair Ramiz Qusarçaylıya xüsusi mükafatla təqdim olundu.
     Mətbuat günü ilə bağlı tədbir başa çatdıqdan sonra Meydanda regionun şair və yazıçılarından ibarət  "Poeziya axşamı" keçirildi.

21 Temmuz 2012 Cumartesi

Qezalar küçesi

Dünən (20 .07. 2012) gecə saatlarında təxminən 24-00 radələrində Qubanın H. Əliyev prospekti və M. Əcəmi küçələrinin kəsişdiyi yerdə (BMZ- nin arxasaındakı küçə) növbəti yol qeza hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən Hunday accent mitsibuşi PEKAP markalı maşınla toqquşub. hadisə zamanı xəsaət alan olmasada avtomoillərə ciddi ziyan deyib. Faktı Quba rayon DYPp nin şöbəsi araşdırır.
Qeyd edək ki, bura qezaların ən çox baş verdiyi yerdir.

18 Temmuz 2012 Çarşamba

Qırxpilləkən

      Nizami parkından Qəsəbəyə düşən qırx piləkən deyilən ərazidəki  pilləkənlər Qubanın mənzərəli yerlərindən biridir. Həmin ərazi Nizami parkının bir hissəsi olsada o əraziyə baxan elə bil yoxdur. Parkın ərazisi nisbətən təmiz olsada, pilləkənlərdə təmizlikdən əsər əlamət yoxdur. Beton pilətələrin üzərində məhəbbət formulları və chat adresləri pilləkənlərə bir azda “yaraşıq” gətirir. Elə bil o ərazi Qobustan daş qayalıqlarını xatırladır. Xəzəlin üstünü siqaret qutuları və fanta qabları örtüb.  Tağlı körpü istifadəyə verildikdən sonra ora baxmağa xeyli turist gələcək. Bu pilləkənlərlədən enib körpüyə gedəcəklər. Istərdik ki, parka baxan işçilər pilləkənləri də ondan ayırmasın. Ən azı o pilləkənlərin tikilməsinin Quba üçün maraqlı tarixi var.