Etiketler

10 Mart 2014 Pazartesi

MƏZUNLARLA GÖRÜŞ

Qafqaz Universiteti öz ənənəsinə sadiq qalaraq kecmiş məzunları ilə görüşləri davam etdirir. Belə görüşlərdən biri mart ayinin 9 da  olmuşdur. Universitetə yığılan keçmiş məzunlar bir-brlərini görüb şad olmuş, hal-əhval tutmuşdular. 

Qafqaz Universiteti Məzunların Koordinasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunan bu görüşə Universitetin İlahiyyat fakültəsinin tələbələrinin yaxın dostu olan Məmmədəli müəllim Babaşovda dəvət edilmişdir.

2 Mart 2014 Pazar

BİZİM UŞAQLAR

Bu yaxınlarda sosial şəbəkələrdə Norvec və Azərbaycan da azyaşlılara edilən diqqət və qayğının müqayisəsini əks etdirən video yayılmışdı. Videoda soyuqlu, şaxtalı havada küçədə dayanmış təxminən 9-10 yaşlı  uşağın ətrafındakıların ona diqqətindən bəhs olunurdu. Insanlar bu uşağa bacardığı qayğını göstərərək onu geyindirməyə, soyuqdan qorumağa çalışırdılar.

24 Şubat 2014 Pazartesi

“7 OGUL” VƏ BIR “OVSUNCU”



Azərbaycan filimin istehsal etdiyi məşhur filimlərdən olan “7 ogul istərəm” bədii filimi haqqında söz etmək istəyirəm. C. Cabbarlı adına 1970 –cü ildə çəkilmiş filimin rejissoru Tofiq Tagızadədir. Yusif Səmədoğlunun Ssenarisi əsasında yazılan filim sovet dövrünün xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında lentə alınmış filim Azərbaycanda Sovet Hkimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunur.

14 Şubat 2014 Cuma

VALENTIN GÜNÜ


14 fevral-Sevgililer Gunu



Bu bayramin tarixi xristianliqdan evvele aid edilir. Fransiz tarixçisi Tillemonun ve daha sonra ingilislerin araşdirmalarina göre bu bayram Qedim Romada Luperkalia adi ile qeyd olunmuş bayramdan goturulub.

Ehtiras ilahesi Juno Februata ve sevgi tanrisi adlandirilan Favna(Luperk) şərəfinə her il fevral ayinin 15-i qeyd olunan bu bayram zamani, efsaneye gore Romanin simvolu sayilan canavarin balalarini yedirdiyi yerde qurbanlar kesilirdi.

9 Şubat 2014 Pazar

Qələbə xəbərini gətirən daş-qalaq edildi.


b.e. ə. 490- cı ildə Yunanistana hücum edən İran qoşunları Afinanın 40 km də dayanmışdı. Yunan qoşunlarına başcılıq edən Miltad  ordunu hazır vəziyyətə gətirmiş, peşəkar və nizamlı İran ordusuna qarşı döyüş məqamını gözləyirdi. Bu döyüşə Afinanın bütün kişiləri səfərbər olmuş, qadınlar, qocalar və döyüş qabiliyyəti olmayanlar isə Afinanın qala qapısının üzərinə çıxıb həlledici döyüşün taleyi haqqında xəbər gözləyirdi. Nəhayət döyüş başlayır.