Etiketler

22 Haziran 2013 Cumartesi

KÜÇƏ İŞIQLARI



Bu dəfə küçə işıqlarından yazacam. Şəhərlərdə bəzən gecələr sönüb, gündüzlər yanan küçə işıqlarından yox, və yaxudda  “Fanarları sınmış küçələr” filimindən yox, bir azda uzağa kedərək kənd yerindən yazacam. Kəndlərdəki küçə işıqlarından.

Axşamlar şəhərlər yolların, küçələrin, parkların işıqları ilə bir az işıqlanır. Insanlar rahat yeriyə bilirlər.
Amma kəndlərdə belə deyil.

15 Haziran 2013 Cumartesi

HİND FİLİMLƏRİ


 Bu dəfə sizlərə hind filimlərindən danışacağam. Axırı xoş sonluqla bitən, sujet xətti  məhəbbətdən olan hind filimləri. Uşaq vaxtı olanda hind filimlərinə daha çox həvəsimiz vardı. O dövr üçün ən maraqlı filimlərdə hind filimləri idi. O zaman kinoklublarda indiki kimi xarici, əsasən ABŞ istehsalı olan filimlər çox az tapılırdı. Bizə ən çox nümayiş olunan filimlər keçmiş SSRİ- nin istehsalı olan rus filimləri, birdə çox az-az gələn Azərbaycan filimləri olurdu.

13 Haziran 2013 Perşembe

AKK-nun rəhbəri mükafatlandı.


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Nurlu Sabah Uşaq Gənclər Təşkilatının reallaşdırdığı layihə Quba və Qusar rayonlarında uğurla davam edir.

May ayında elan olunan esse və əl işlərindən ibarət müsabiqələrə yekun vurulmuşdur. Təşkilata müraciət edən gənclərin yazıları və rəsm əsərləri münsiflər heyəti tərəfindən yoxlanılmış və iki esse yazısı və səkkiz rəsm əsəri qalib elan olunmuşdur.
Quba Uşaq İncəsənət məktəbində təşkil olunmuş sərgidə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, məktəbin direktoru Mirkazım Cəfərov, müəllim və şagirdlər, rayon gəncləri və Nurlu Sabah Uşaq Gənclər Təşkilatının sədri Ramin Xudayev, fəal üzv və könüllüləri iştirak etmişlər.

 Təşkilatın rəhbəri Ramin Xudayev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Gələcək naminə sağlam olaq” adlı layihə haqqında iştirakçılara məlumat verdi.

 Sərgidə əl işləri üzrə qalib gələn gənclər iştirakçılara öz əl işlərinin mənalarını açıqladılar. Sonda müsaqibənin fəallarına diplom və fəxri fərmanlar verildi. Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun rəhbəri Mehman Məmmədov ən yaxşı esse yazısına görəI yeri tutaraq  diplomla mükafatlandı.

10 Haziran 2013 Pazartesi

XƏTDƏ OL


Bakı şəhərində "Xətdə" Sosial Şəbəkə Akademiyası nın növbəti təlimində “Sosial şəbəkəklərdə Yeni texnalogiyalar” mövzusuna aid təlim keçirilmiçdir. 
Təlimdə iştirak edən Mediya və PR sahəsində fəaliyyət göstərən gənclərə Facebook, Tvitter, You Tube və Bloggerlik və bu kimi sosial şəbəkələrdə baş verən son dəyişikliklər və yeni qaydalar haqqında ətraflı məlumat verilmişdir. Təlimlər “Xətdə" Sosial Şəbəkə Akademiyasının gənc müəllim və təlimçiləri tərəfindən yüksək səviyyədə aparılmışdır. Təlimin sonunda təlim iştirakçılarına “Xətdə” S.S.A haqqında olan CD kompakt disklər paylanılmışdır.
 Təlimdə Quba rayonunda fəaliyyət göstərən Azad Könüllülər İctimai Birliyinin Elm və Təhsil rəhbəri Mehman Fərmanovda iştirak etmişdir.

 “Xətdə” S.S.A haqqında məlumat verən Akademiyanın meneceri Elnaz xanım Səfərli bildirdi ki, bu Akademiya Prezedentimiz Cənab İlham Əliyevin 2013 il İKT ili elan oldunması ilə əlaqədar olaraq Gənclərin bununla bağlı daha yaxşı maariflənməsi xüsusunda verilən qərarından sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası tərəfindən yaradılıb.  




5 Haziran 2013 Çarşamba

QONŞU HAQQI

Bu yaxınlarda Tele-kanalların birində iki qonşunun ev üstündə düşən mübahisəsinin şahidi oldum. Qonşuların mübahisəsinə səbəbi varlı qonşu kasıb qonşunun (bundan sonra qonşuları belə adlandıracam) evinin yanında hündür villa tikməsi kasıb qonşunun narahat etməkdən başqa onu eyni zamanda günəş işığından məhrum edirdi.

 Məsələnin ikinci bir tərəfi də varlı qonşu öz villasını təhlükəsizlik qaydalarına zidd olaraq, kasıb qonşunun evinə  daha yaxın məsafədə inşa etməsidir. Burda iki müxtəlif məsələ qonşular arasında dava salıb. Bir ev tikir, biri isə gün işığına həsrətdir.