Etiketler

10 Eylül 2012 Pazartesi

Toydan qayıdan gənci maşın vurdu.

Quba raynunda yol- qeza hadisesi baş verib. Hadisə ayın 9-u axşam saatlarında Quba - Bakı- Rusiya avtomobl yolunun 166 km də baş verib. Qubanın Amsar kənd sakini Telman Dadaşovun idarə etdiyi VAZ-2106 markalı maşın yolu keçən piyada 22 yaşlı Xəlil Xəlilovu vurub. Xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşirlib. Xəstəxananın cərahiyyə şöbəsinin həkimi Ramazan Fətəliyevin R-tv yə açıqlamasında xəstənin vəziyyətinin stabil ağır olduğunu bildirib. Qeyd edək ki, Xəlilov Xəlil toydan qayıdanda yolu keçmək istyəndə vurub.

8 Eylül 2012 Cumartesi

Heç xəyallarınızdan sıfır aldınızmı?

Yeddinci sinifdə oxuyurdu. Müəllim bir gün onlara gələcək xəyalları ilə bağlı bir inşa yazmağı tapşırdı. O, bütün gecəni oturub yeddisəhifəlik bir inşa yazdı. Xəyallarını ən xırda təfərrüatlarına qədər kağıza köçürdü.

 O, gələcəkdə at yetişdirmək istəyirdi. Hətta kağız üzərində binaların, atlar üçün tövlələrin, cıdır meydanlarının layihəsini də çəkmişdi. Bu layihələrin arasında 1000 kvadratmetrlik bir evin planı da var idi...
Ertəsi gün inşasını müəllimə verdi. İki gün sonra müəllim inşaları qaytardı. Qəribə də olsa o, bu inşadan “sıfır” almışdı. Üstəlik, inşanı yazdığı kağızın üzərində “Dərsdən sonra yanıma gəl” sözləri yazılmışdı. Dərs qurtaran kimi müəllimin yanına getdi. Maraqla: “Mənə niyə “sıfır” vermisiniz?” - deyə soruşdu. Müəllim: “Sənin yazdıqların real bir şey deyil”, - dedi. Sonra da əlavə etdi: “Sən köçəri bir ailədə doğulmusan. Üstəlik, o qədər pulun da yoxdur. Bu iş üçün çoxlu pul lazımdır. Əgər inşanı yenidən yazsan, onda qiymətini dəyişərəm”.
Evə qayıtdı, uzun-uzadı düşündü. Xeyli götür-qoydan sonra səhərisi gün heç bir dəyişiklik etmədən inşasını müəllimə qaytardı və “Siz verdiyiniz qiyməti dəyişməyin, mən də xəyallarımı”, - dedi.
Aradan illər keçdi. O, bütün xəyallarını həqiqətə çevirdi. 200 hektarlıq bir sahədə binalar, atlar üçün tövlələr, cıdır meydanları tikdi, ortasında da 1000 kvadratmetrlik bir ev... Neçə illər əvvəl yazdığı inşa isə balaca bir çərçivədə buxarının üstündən asılmışdı.

3 Eylül 2012 Pazartesi

Ərşad Əzimzadə haqq yolundan yazır.

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist Ərşad Əzimzadə “Bəşəriyyətin xoşbəxtlik konsepsiyası” adlı kitab üzərində işləyir.


 Bu barədə qəzetimizə müəllifin özü məlumat verib. O, kitabın yaxın aylarda oxuculara təqdim olunacağını bildirib. Kitabın oxucular tərəfindən maraqla qarşılanacağını əminliklə vurğulayan Ərşad müəllim daha sonra deyib: “Kitabda söhbət ayrı-ayrı dövrlərdən deyil, bəşəriyyətin itirdiyi haqq yolundan gedir. Müasir zəmanəmizdə hər kəs bu və ya digər problemi kənarda axtarır. Əslində isə problem hər bir insanın öz içindədir. Bir sözlə, kitabda bugünkü insanın dağıdıcı qüvvəyə necə cevrildiyinin mexanizmini göstərməyə çalışmışam”.
Qeyd edək ki, Ərşad Əzimzadə 1934-cü ildə Zəngilanda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət “Azərbaycan gəncləri”, “Azərbaycan” qəzetlərinin şimal bölgə təmsilçiliyində çalışıb. Hazırda, əsasən, sağlamlığa aid bir sıra əsərlər üzərində çalışır. İndiyədək onun iki kitabı “Möcüzəsiz möcüzə” və “Rədd olsun eynəklər” kitabları çapdan çıxıb.

ZAMAN AZƏRBAYCAN   25 Avaust 2012.

Azərbaycanda 870 min“Facebook” istifadəçisi var

13219439791332564664.pngSon 3 ay ərzində “Facebook” sosial şəbəkəsində qeydə alınan Azərbaycandan olan istifadəçilərin sayı 11,5% və ya 89,7 min artaraq, avqustun 31-nə 870 mini ötüb. Bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan “Socialbakers” Mərkəzinin hesabatında bildirilir.  

Hesabata əsasən, əgər cari ilin iyunun əvvəlində “Facebook”da qeydə alınan Azərbaycan istifadəçilərinin sayı 780,3 min təşkil edirdisə, hazırda bu göstərici 870 mini ötüb. Son bir ay ərzində isə istifadəçilərin sayı 15,6 min və ya 1,8% artıb. Bununla da Azərbaycan “Facebook”da istifadəçilərin sayına görə tərtib edilən dünya reytinqində 84-cü yeri tutur. Belə ki, Azərbaycan bu göstəriciyə görə iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer alıb. Azərbaycan reytinqdə Gürcüstan (85-ci yer), Qazaxıstan (100-cü yer), Estoniya (105-ci yer), Belarus (108-ci yer), Latviya (110-cu yer), Ermənistan (113-cü yer), Moldova (118-ci yer), Özbəkistan (136-cı yer), Qırğızıstan (155-ci yer), Tacikistan (172-ci yer) və Türkmənistan (202-ci yer) kimi ölkələri qabaqlayıb.Ümumiyyətlə, Azərbaycanda sözügedən sosial şəbəkədən əhalinin 10,5%-i və ümumi internet istifadəçilərinin 23,7%-i yararlanır.
Qeyd edək ki, dünyada “Facebook”dan istifadə edənlərin sayına görə birinci yeri ABŞ (163 mln. istifadəçi), ikinci yeri Braziliya (56 mln. istifadəçi), üçüncü yeri isə Hindistan (53 mln. istifadəçi) tuturlar

2 Eylül 2012 Pazar

MÜƏLLİMLƏRƏ SERTİFİKAT VERİLDİ.

Qubada V sinifdə dərs deyən müəllimlər üçün keçirilən Azərbaycan tarixindən kurikulum tədris kursları başa catıb. kursu başa vuran müəllimlərə 2 dərəcə olmaqla buraxılış sertfikatları verilib.
Rayon təhsil şöbəsindən əldə etdiyimiz məlumata görə Azərbabycan tarixi fənindən 91 müəllim kursda iştirak etmişdir. Ümumiyyətlə bu il kurslara 870 müəllim iştirak edib. Təlimə cavabdeh olan şəxslər kursların keçirilmə vəziyyətini qənaət bəxş hesab edirlər.