Etiketler

19 Nisan 2014 Cumartesi

QUBADA IKT TƏLİMİ


         Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsinə Dəstək” (UGİTSMD) İctimai Birliyi tərəfindən təşkil olunmuş “İKT inkibatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması” layihəsi çərçivəsində kompyuter biliklərinin təkmilləşdirilməsi  mövzusu  üzrə təlim kursu keçirilib.

9 Nisan 2014 Çarşamba

FAYDASIZ ATTESTAT



Bu ilki dərs ilidə sona yetmək üzrədir. Məktəblərdə artıq indidən tətil ab-havası hiss olunur. XI- lər ciddi- cəhdlə öz “Son zəng”lərinə həvəslə hazırlaşırlar. Daha doğrusu XI –lər hazırlığa hələ  ilin əvvəlindən başlamışdılar. Son zamanlar mətbuatda hər kəsə attestat verilməsi haqda yayılan xəbər təhsili 2-ci plana atdı.

6 Nisan 2014 Pazar

YUXU HAQQI

Hərdən fikirləşirəm ki, nə yaxşı  yuxumuz var, nə yaxşı ki, gecələrdə olsa dincəlib rahatlanırıq. Bütün günün yorğunluğunu axşamlar yatmaqla yuxu vasitəsilə  çıxardırıq. Allaha şükür ki, bunu bizdən alan yoxdur, nə yaxşı ki, yuxu haqqımıza girmirlər.