Etiketler

29 Temmuz 2013 Pazartesi

QUBADA STADİON TİKİLƏCƏK

Qubada yeni stadion tikiləcək. Stadion Qubanın yuxarı hissəsində uşaq şəhərciyində yerləşən parkda tikiləcək. Quba Gənclər və İdman idarəsindən aldığımız məlumata görə stadion mini futbol sahəsi üçün tikilir. Sahəsi 40x20 m olan meydança xüsusi süni yaşıl örtüklə örtüləcək. Ərazidə tikinti işləri gedir.

Stadion sentyabr ayında təhvil verilməlidir.


 Bundan başqa bildirildi ki, satdiondan başqa qalan ərazi təmir olunub park olacaq.




Bu vaxta qədər həmin ərazi park kimi fəaliyyət göstərsədə baxımsız halda idi. 

22 Temmuz 2013 Pazartesi

ZAMAN QƏZETİ nümunəvi qəzet kimi təqdim olundu

Qubada Milli Mətbuatın yaranmasının 138 - ci il ddönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Rayon İcra hakimiyyətinin binasının akt zalında baş tutmuşdur. Tədbirdə iştirak edən RİHB- sı cənab Mübariz Ağayev çıxış edərək İlk mətbu orqanəmız olan "Əkinçi" qəzeti və onun naşiri, görkəli dövlət xadim Həsən bəy Zərdabi ənənəlrinin davamçıları olab bu günkü jurnalistlər və onların işindəki fəaliyyətlərindən danışdı. 

20 Temmuz 2013 Cumartesi

PISIK SEDAQETI

Dincəlmək üçün bir- iki həftəlik kəndimizə getməli oldum. Kəndimiz Azərbaycanın şimal-şərqində, Şahdağının ətəklərində yerləşirdi. Doğrusunu desəm getməyimdə əsas məqsəd nənəmə baş çəkmək idi. Məni ən çox sevindirən də elə bu idi.

 Nənəmgilin evində bir pişik vardı. Pişik ev əhlinə qarşı mehriban idisədə, nənəmə qarşı bir az soyuq idi.

QANUNSUZ BILET



Vacib işim olduğu üçün Bakıya təcili gedib qayıdası oldum. Qayıtmaq üçün beynəlxalq avtovağzala getdim. Rayona yola düşən marşuruta minik başlamışsada hələdə boş yerlər çox idi. 

Bu dəfə əvvəlkindən fərqli olaraq  marşuruta  belet almaq qərarına gəldim.

Bunun üçün bilet satan kassanı axtarmalı oldum. 

15 Temmuz 2013 Pazartesi

RAMAZAN ORUCU

Islam dinin insanlara fərz buyurduğu hökmlərdən biri də Ramazan ayında tutulan Orucdur. Oruc  ibadət olmaqla yanaşı eyni zamanda insan nəfsinin sınağıdır. İnsan bir ay bounca gün ərzində-- Sahurdan İftara qədər  hec bir şey yemir, nəfsini Allah-Tealanın naz- nemetlərdən uzaq saxlayır. Bu həmdə insanın aclığa qarşı bir sınağı və səbr imtahanıdır. 

7 Temmuz 2013 Pazar

ARAŞDIRMAÇI JURNALİSTLƏR ÜÇÜN ÜÇÜN YAZI YAZMA MƏSLƏHƏTLƏRİ

Əziz dostlar, aşağıda gördüyünüz məsləhətlərin müəllifi Markus Tannerdir. O, Balkan Araşdırmaçı Jurnalistika Şəbəkəsinin (BIRN) redaktoru və təlimçisidir. Markus 1988-1994-cü illərdə Birləşmiş Krallığın “The Independent” qəzetinin Balkan müxbiri olub. 1995-2000-ci illərdə isə həmin qəzetin beynəlxalq şöbəsinin redaktor müavini işləyib.

6 Temmuz 2013 Cumartesi

SUSUZ FƏVVARƏLƏR

Qubada Meydan parkındakı Fəvvarədə su yoxdur. Parkda dincəlmək üçün şərait olsada havanı nisbətən sərinləşdirən fontanın suyu işləmir. Park keçən il yenicə təhvil veriləndə hər şey qaydasında idi. Fəvvarə musiqinin səsinə uyğun olaraq "rəqs edirdi". Artıq neçə vaxtdır ki susub.

5 Temmuz 2013 Cuma

ƏXLAQIN TƏMİZLİYİ

Bu yaxınlarda Xacmaza yaxın dostumun toy məclisinə getmişdim. Toydan çıxıb bir az gəzişdik. Söz yox ki, rayon son dövrlər  xüsusilə gözəlləşmişdir. Meydan və parklar qonaqlar və dincəlməyə gələnlərlə dolu idi. Hər tərəfdə fontanların suyu havaya sərinlik gətirirdi.

 Bizim oturduğumuz çayçının yaxınlığdakı besedkada 5 nəfər əyləşib söhbət edirdi. Onlar qız oğlan olmaqla iki cüt üzbəüz oturmuşdur.